Bu günə xəbərlərin oxunma sayı: 1294
— 10.01.2017 11:45

Futbol üzrə İspaniya La liqasında 17-ci tura yekun vurulub

6 qolun qeydə alındığı Osasuna – Valensiya qarşılaşmasında qalib müəyyənləşməyib. Hesabı 2-ci dəqiqədə qonaqlardan Munir el Haddadi açıb. 5 dəqiqədən sonra Riera tablodakı rəqəmləri eyniləşdirib. Bu oyunçu 45-ci dəqiqədə yenidən diqqət mərkəzinə düşüb. Hücumçu bu dəfə avtoqola imza ataraq komandasını yenik duruma salıb.  İkinci hissədə daha 3 qol vurulub. 62-ci dəqiqədə Roberto Torres oyunda ikinci dəfə status-kvonu bərpa edib. 73-cü dəqiqədə Martin Montoya hesabı növbəti dəfə yarasaların xeyrinə dəyişsə də, oyunun əsas vaxtına artırılan 2-ci dəqiqədə Karlos Klerk fərqlənərək görüşdə son nöqtəni qoyub.

 

İspaniya La Liqası

XVII tur

 9 yanvar

“Osasuna” – “Valensiya” - 3:3

Qollar: Riera, 7, Torres, 62, Klerk, 90+2 - El Haddadi, 2, Riera, 45 (öz qapısına), Montoya, 73

Orxan Cəfərzadə