Bu günə xəbərlərin oxunma sayı: 1261
— 10.01.2017 12:02

Mundialda 48 komanda oynayacaq

FİFA 2026-cı ildən etibarən futbol üzrə dünya çempionatlarında 48 milli komandanın iştirakı haqda qərar qəbul edib. Final mərhələsində iştirak edəcək 48 komanda hər birində 3 yığma olmaqla, 16 qrupda mübarizə aparacaq. Qrupda ilk 2 yeri tutan yığmalar pley-offa vəsiqə qazanacaq.

Mundialda Avropaya 16, Afrikaya 9.5 (bir yığma digər qitədən olan komanda ilə pley-off qarşılaşması keçirəcək), Asiyaya 8.5, Konmebol-a 6.5, Konkakaf-a 6.5, Okeaniyaya 1 yer ayrılması nəzərdə tutulub.

Azad Rəfi