Bu günə xəbərlərin oxunma sayı: 1005
— 10.01.2017 11:01

FİFA 2016-cı ilin ən yaxşılarının adlarını açıqlayıb

Ötən ilin ən yaxşısı seçilənlər İsveçrənin Sürix şəhərində keçirilən mərasimdə mükafatlandırılıb. Tədbirdə 7 mükafatın sahibi bəlli olub.

Gecədə əsas diqqət, “FİFA ən yaxşı kişi futbolçusu” mükafatına yönəlib. "France Football" nəşrinin sorğusunda olduğu kimi "The Best" mükafatını da Portuqaliya millisinin və “Real”ın futbolçusu Kriştianu Ronaldo qazanıb.

Bundan başqa, qurum “ən yaxşı qadın futbolçu” Çarli Lloydu, “ən yaxşı kişi məşqçi” Klaudio Ranyerini, “ən yaxşı qadın məşqçi” Silviya Neydi, “ən gözəl qolun müəllifi” Mohd Subrini, “Feyr-Pley mükafatı”na isə Sudamerikana Kubokunun final oyununa çıxmayaraq kuboku təyyarə qəzasına uğramış "Şapekoense"yə güzəştə gedən Kolumbiya təmsilçisi "Atletiko Nasyonal"ı layiq görüb.

Tədbirdə həmçinin, ilk dəfə ən yaxşı azarkeş qrupu da mükafatlandırılıb. Ən yaxşı fanat ordusu nominasiyasında "Borussiya” Dortmund və "Liverpul” azarkeşləri qalib olub.

Orxan Cəfərzadə