Bu günə xəbərlərin oxunma sayı: 1160
— 10.01.2017 15:51

Toğrul Əsgərov Peşəkar Güləş Liqasında məğlubiyyətsiz irəliləyir

KepezTV Player

Gəncə güləş məktəbinin yetirməsi Toğrul Əsgərov Hindistanda qarşısıalınmazdır. Əsgərov Peşəkar Güləş Liqasında məğlubiyyətsiz irəliləyir.

Yarışın son turunda Toğrulun şərəfini qoruduğu “Pəncab Royals” yığmamızın digər üzvü Mariya Stadnikin çıxış etdiyi “Kolors Dehli Sultans” komandası ilə qarşılaşıb. London Olimpiya Oyunlarının qalibi, Rio Olimpiadasının gümüş mükafatçısı 65 kq çəki dərəcəsində yerli güləşçi Surcit Qrevalla qarşılaşıb. Təcrübəsiz rəqibi ilə görüşdə çətinlik çəkməyən gəncəli güləşçi asan qələbə qazanıb. Əsgərov 29 saniyəyə hindistanlının kürəyini yerə vurub. Son nəticədə pəhləvanımızın komandası Dehli klubunu 5:2 hesabı ilə məğlub edib və bu qələbədə Toğrul da rol oynayıb. 

Braziliyada keçirilən Olimpiya Oyunlarından sonra birinci dəfə yarışlara çıxan döşək ustası ilk dəfədir ki, Peşəkar Güləş Liqasında çıxış edir. 6 yerli komandanın mübarizə apardığı və ikinci mövsüm reallaşan Liqada kollektivlərin heyətinə 5 yerli və 4 legioner güləşçi daxil edilib. Əsgərov və Standiklə yanaşı, Asiya ölkəsində Cəbrayıl Həsənov da güləşir. Toğrul 52 min ABŞ dolları qarşılığında “Pəncab Royals” klubuna transfer olunub. Peşəkar Güləş Liqasında mübarizəyə yanvarın 2-də start verilib və qaliblər 17 günlük mübarizənin yekununda müəyyənləşəcək.

Azad Rəfi