Bu günə xəbərlərin oxunma sayı: 989
— 10.01.2017 13:14

Masallı rayonunda dörd məsciddən oğurluq edildi

KepezTV Player

 Hadisələr Ərkivan qəsəbəsində, Dəmirçi və Qızılavar kəndlərində qeydə alınıb. Dəmirçi kənd məscidindən yas mərasimləri üçün istifadə olunan 4 mis qazan, Qızılavar kəndində yerləşən məsciddən 4 qazan, Ərkivan qəsəbəsində yerləşən Bağlaküçə məscidindən isə səsgücləndirici və iki sellofan paket pambıq oğurlanıb. Sonuncu oğurluq hadisəsi Şahsəfi məscidində qeydə alınıb. Məscidin axundu Fikrət Nəzərovun sözlərinə görə, namaz vaxtı tanımadığı cavan oğlan hər kəsin namazını qılıb qurtardığını gördükdən sonra nəzir qutusunu sındıraraq içində olan 106 manat pulu oğurlayıb. Səs-küyə gələn məscidin axundu yaxınlıqdakı insanların köməyi ilə oğurluq edən şəxsi yaxalayaraq polisə təhvil verib. O, Seybətin kənd sakini Ağahüseyn Ramiz oğludur. Hazırda şəxsin başqa cinayətlərdə əlinin olub-olmadığı araşdırılır.


Vüsalə Camal