Bu günə xəbərlərin oxunma sayı: 988
— 10.01.2017 13:12

9 avtomobili qarət edənlər axtarışdadırlar

KepezTV Player

Bu dəfə qanunu pozanların əyri əli avtomobillərə uzanıb. Vətəndaşlara zərər vuranlar axtarışdadırlar.

Oğurluq hadisəsi paytaxtın Cavanşir küçəsi 21 ünvanında qeydə alınıb. Naməlum şəxslər sözügedən ərazidə bir gecədə nə az, nə çox düz 9 avtomobili qarət ediblər. Onlar xoşagəlməz əməli, nəqliyyat vasitələrinin sərnişin əyləşən oturacağının şüşəsini xüsusi avadanlıqla sındıraraq törədiblər.

Bundan başqa, oğrular avtomobillərdən 100 manat pul və 3 qutu siqaret əldə ediblər. Hadisə yerinə baxış keçirən polis əməkdaşları zərərçəkənlərdən izahat alıblar. Ərazidə yaşayanların sözlərinə görə, avtomobillərin qarət olunması halı birinci dəfə baş versə də, bundan əvvəl həmin ərazidə ərzaq mağazası qarət edilib.

Fakt araşdırılır.
Vüsalə Camal