• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1977
— 29.10.2014 17:54

Paytaxt Bakı səhəri yanğın hadisəsi ilə açıb

Yanğın Nəsimi rayonu Мərdanov qardaşları küçəsində 3 mərtəbəli yaşayış binasının tavan hissəsində baş verib. Əraziyə Fövqəladə hallar nazirliyinin yanğından mühafizə xidmətinin Nəsimi və Səbail rayonu üzrə 3 yanğınsöndürən briqadası cəlb olunub.

Yanğının baş verməsinə səbəb binanın tavanında yerləşən tüstü-bacalarındakı problem olub. Binada yaşayan sakinlərin sözlərinə əsasən tüstü-bacası uzun müddət ərzində təmizlənmədiyindən sakinlər istilik sistemindən istifadə etməyib. Ancaq binanın 3-cü mərtəbəsində kirayə yaşayan əcnəbi vətəndaşın istilik sistemindən istifadəsi tüstülənməyə səbəb olub.

Hadisə yerinə cəlb olunan yanğınsöndürənlərin səyi nəticəsində tüstünün yanğına çevrilməsinin qarşısı alınıb.