Bu günə xəbərlərin oxunma sayı: 728
— 10.01.2017 12:47

34 yaşlı mebel ustası ölümcül döyüldü

KepezTV Player

Tanışı 42 yaşlı kişini döyərək sağlamlığından etdi. Zorakılıq insana yaraşan əməl deyil. Amma təəssüf ki, kin və qəzəb bəzilərini bu əmələ cəlb edir. Sonuc isə qanun qarşısında məsuliyyətdən başqa heç nə deyil.

Goranboy sakini 34 yaşlı mebel ustası Elşad Dadaşov işdən evə gəlmədiyindən həyat yoldaşı narahat olub. Qadın dəfələrlə ona zəng vursa da, Elşad cavab verməyib. Aygün Dadaşova səhər saatlarında həyat yoldaşının ölümcül döyülməsi xəbərini alıb. Yaxınları 34 yaşlı kişini huşsuz halda Hacallı kəndi ərazisində aşkarlayıblar. Zərərçəkən təcili yardım avtomobili ilə Goranboy Mərkəzi Xəstəxanasına çatdırılıb. Ağır vəziyyətdə olan şəxs tibb müəssisənin travmatologiya şöbəsinə yerləşdirilib. Həyat yoldaşı Elşadın 15 ildir kənddən çıxaraq rayonda yaşadığını, heç kimlə mübahisəsi olmadığını deyib. Yaxınları 3 uşaq atası olan zərərçəkənin, 6 nəfər tərəfindən başqa yerdə döyülərək Hacallı kəndinə gətirildiyini iddia edirlər.

Şəmkirin Tatar kənd sakini 42 yaşlı Rizvan Tağıyev də müxtəlif bədən xəsarətləri ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Şəxsə tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. İlkin ehtimala görə, Rizvan Tağıyev tanışı tərəfindən döyülüb.

Faktlarla bağlı araşdırma aparılır.
Vüsalə Camal