Bu günə xəbərlərin oxunma sayı: 1171
— 09.01.2017 16:17

“İmamzadə” yolunun tikintisi başa çatdırılıb

KepezTV Player

Zazalı-“İmamzadə” kompleksi-Gəncə avtomobil yolunun tikintisi yekunlaşıb. 19,4 km olan yol 2 və 3-cü texniki dərəcəyə uyğun, ərazilərdən asılı olaraq 12-18,5 metrə qədər genişləndirilib. Yol boyu yaşayış məntəqələrindən keçən hissələrdə piyada səkiləri tikilib. Əkin sahələrinə suların ötürülməsi üçün borular qoyulub, drenaj işləri üzrə zəruri olan yerlərdə açıq beton küvetlər tikilib. Gəncə çayı üzərində yerləşən avtomobil körpüləri əsaslı şəkildə təmir olunub. Yolun tikintisi ilə Gəncə, Samux və Bakı-Ələt-Qazax-Gürcüstan avtomobil yoluna rahat və maneəsiz gediş-gəlişi təmin olunub.

Leyla Şirinova