Bu günə xəbərlərin oxunma sayı: 1316
— 09.01.2017 11:33

Həmyerlilərimizin komandası Portuqaliyada qələbə qazandı

Futbol üzrə Portuqaliya çempionatının XVI turunda həmyerlilərimizin çıxış etdiyi "Boavişta" klubu "Setubal"ı qəbul edib. Oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Azərbaycan milli komandasının üzvlərindən Kamran Ağayev 90 dəqiqə meyanda olub. Emin Mahmudov isə matçı ehtiyatda keçirib.

Bu qələbədən sonra "Boavişta" 20 xalla 9-cu pilləyə yüksəlib.

Azad Rəfi