Bu günə xəbərlərin oxunma sayı: 1315
— 09.01.2017 11:49

Futbol üzrə İspaniya La Liqasında 17-ci turun növbəti görüşləri keçirilib

Bu həftə Santyaqo Bernabeuda Qranadanı sınağa çəkən Real qonaqları evə biabırçı hesabla yola salıb. Oyunda hesabı 12-ci dəqiqədə İsko açıb. Ardınca 21-ci dəqiqədə Kərim Benzema və 27-ci dəqiqədə isə Kriştiano Ronaldo qapıya düşərək  fərqi 3-ə yüksəldib. 32-ci dəqiqədə İsko dubl edərək növbəti dəfə yerli azarkeşləri ayağa qaldırıb. Bu həm də ilk hissənin nəticəsi olub. İkinci yarıda qranadalıları daha bir dəfə məyus edən kral klubu 5 cavabsız qolla qalib gəlib. 58-ci Kasemironun qolu oyunda sonuncu dəqiq zərbə kimi protokola qeyd edilib.

Madridlilərin ən yaxın izləyicisi Sevilya da bu tur böyükhesablı qələbəyə sevinib. Səfərdə Real Sosyedadla üz-üzə gələn Xorxe Sampaolinin yetirmələri San Sebastian təmsilçisini 4:0 hesabıyla məğlub edib. Ben Yedder 25 və 29-cu dəqiqələrdə vurduğu qollarla sevilyalıları fasiləyə üstün yollayıb. 73-cü dəqiqədə Pablo Sarabiya meydan sahiblərini 3-cü dəfə mərkəzə dəvət edib. 10 dəqiqə sonra isə het-trik edən edən Ben Yedder görüşdə son nöqtəni qoyub.

Turnir cədvəlinin 4-cü pilləsində qərarlaşan Atletiko Madriddə 17-ci tur səfərdə meydana çıxıb. Eybarla qarşılaşan paytaxt klubu ikinci hissədə vuruduğu iki qolla növbəti 3 xalı aktivinə yazdırıb. Tablonu 54-cü dəqiqədə Saul Nigez hərəkətə gətirib. 74-cü dəqiqədə isə Antuan Qrizman diqqət mərkəzinə düşməklə yekun hesabı müəyyənləşdirib. 

Barselona isə bu tur xal itkisiylə üzləşib. Vilyarealın qonağı olan barsa ev sahiblərindən 50-ci dəqiqədə Sansonenin qoluyla geriyə düşsə də, son dəqiqələrdə məğlubiyyətdən yaxa qurtara bilib. Messinin cərimə zərbəsindən vurduğu mükəmməl qol katalonlara 1 xal qazandırıb.

İspaniya La Liqası

XVII tur

6 yanvar

“Espanyol” – “Deportivo” - 1:1

Qollar: Moreno, 63 - Borges, 59

7 yanvar

“Real” – “Qranada” - 5:0

Qollar: İsko, 12, 31; Benzema, 21; Ronaldo, 27; Kasemiro, 58

 “Eybar” – “Atletiko” - 0:2

Qollar: Nigez, 54, Qrizman, 74

 “Las Palmas” – “Sportinq” - 1:0

Qol: El Zar, 55

 “Real Sosyedad” – “Sevilya” - 0:4

Qollar: Ben Yedder. 25, 29, 83, Sarabia, 73

8 yanvar

“Atletik” – “Alaves” - 0:0

 “Betis” – “Leqanes” - 2:0

Qollar: Kastro, 51, Piççini, 85

 “Selta” – “Malaqa” - 3:1

Qollar: Aspas, 7, Vass, 60, Fontas, 73 - Vass, 86 (öz qapısına)

 “Vilyarreal” – “Barselona” - 1:1

Qollar: Sansone, 49 - Messi, 90

9 yanvar

23:45 “Osasuna” – “Valensiya”

Turnir cədvəli

 

1.

Real

16

12

4

0

45:14

40

2.

Sevilya

17

11

3

3

36:21

36

3.

Barselona

17

10

5

2

42:17

35

4.

Atletiko

17

9

4

4

31:14

31

5.

Vilyareal

17

8

6

3

26:12

30

6.

Real Sosyedad

17

9

2

6

28:25

29

7.

Atletik

17

8

3

6

22:19

27

8.

Las Palmas

17

6

6

5

27:24

24

9.

Selta Viqo

17

7

3

7

28:32

24

10.

Eybar

17

6

5

6

22:22

23

11.

Espanyol

17

5

8

4

21:23

23

12.

Alaves

17

5

7

5

15:17

22

13.

Malaqa

17

5

6

6

26:29

21

14.

Betis

17

6

3

8

20:29

21

15.

Deportivo

17

4

5

8

23:28

17

16.

Leqanes

17

4

4

9

13:29

16

17.

Valensiya

15

3

3

9

21:29

12

18.

Sportinq

17

3

3

11

17:34

12

19.

Qranada

17

1

6

10

14:38

9

20.

Osasuna

16

1

4

11

13:34

7

 

Orxan Cəfərzadə