Bu günə xəbərlərin oxunma sayı: 1099
— 09.01.2017 11:13

Futbol üzrə İtaliya A seriasında qış fasiləsi başa çatıb

19-cu tur çərçivəsində Roma Cenoa səfərinə yollanıb. Qarşılaşmada 1 qol qeydə alınıb. 36-cı dəqiqədə Armando İzzonun avtoqolu canavarlara 3 xal gətirib.

Milan Kalyarini görüşünün taleyini də 1 qol həll edib. 88-ci dəqiqədə Karlos Bakkanın qolu rasyonerlərə 3 xal üçün kiyafət edib. Oyunun əsas vaxtına artırılan dəqiqələrdə Bruno Alves qırmızı vərəqə ilə cəzalandırılsa da, bu qarşılaşmanın nəticəsinə təsir etməyib. 

Turnir cədvəlinin vahid lideri Yuventus da yeni ilin ilk turunu itkisiz başa vurub. Doğma publika önündə Bolonyanı qəbul  edən qoca sinyora rəqibini 3 cavabsız qolla üstələyib. Oyuna fəal başlayan turinlilər 7-ci dəqiqədə Qonsalo İquanin qoluyla hesabda önə keçib. Yerli azarkeşlər fasiləyədək daha bir qolun şahidi olub. 41-ci dəqiqədə Paulo Dibala penaltidən fərqlənərək hesab arasındakı fərqi ikiyə yüksəldib. Görüşdə sonucu qola isə dubl edən İquain imza atıb. 55-ci dəqiqədə sağ cinah asmasının başıyla çərçivədən keçirən argentinalı komandasının mövqeyini möhkəmləndirib. 

İtaliya “A” seriyası
19-cu tur
8 yanvar
“Udineze” - “İnter” 1:2
Qollar: Jankto, 17 (1:0), Perişiç, 45+2 (1:1); 87 (1:2)
“Kyevo” - “Atalanta” 1:4
Qollar: Qomez, 4 (0:1); 23 (0:2), Konti, 42 (0:3), Pelissier, 62 (1:3), Freuler, 69 (1:4)
“Cenoa” - “Roma” 0:1
Qol: İzzo, 36-avtoqol
“Latsio” - “Krotone” 1:0
Qol: İmmobile, 90
“Sassuolo” - “Torino” 0:0
“Milan” - “Kalyari” 1:0
Qol: Bakka, 88
“Yuventus” - “Bolonya” 3:0
Qollar: İquain, 7; 55, Dibala, 41-pen

 

1.

Yuventus

18

15

0

3

39:14

45

2.

Roma

19

13

2

4

40:18

41

3.

Napoli

19

11

5

3

42:22

38

4.

Latsio

19

11

4

4

33:21

37

5.

Milan

18

11

3

4

28:20

36

6.

Atalanta

19

11

2

6

31:22

35

7.

İnter

19

10

3

6

30:22

33

8.

Torino

19

8

5

6

36:27

29

9.

Fiorentina

18

7

6

5

28:24

27

10.

Udineze

19

7

4

8

25:26

25

11.

Kyevo

19

7

4

8

20:24

25

12.

Cenoa

19

6

5

8

21:23

23

13.

Sampdoriya

19

6

5

8

22:26

23

14.

Kalyari

19

7

2

10

27:43

23

15.

Bolonya

18

5

5

8

17:25

20

16.

Sassuolo

19

5

3

11

24:33

18

17.

Empoli

19

4

5

10

11:26

17

18.

Palermo

19

2

4

13

16:36

10

19.

Krotone

18

2

3

13

14:33

9

20.

Peskara

18

1

6

11

14:33

9

Orxan Cəfərzadə