Bu günə xəbərlərin oxunma sayı: 1270
— 09.01.2017 15:42

Cüdo üzrə milli komandalarımız 2017-ci il üçün yarışların hazırlığına başlayır

KepezTV Player

Həm olimpiya, həm də paralimpiyaçılarımız yeni ilin ilk təlim-məşq toplanışını ölkə xaricində keçirəcək. Komandalarımız hazırlıq üçün Avstriyanı seçib. Mərkəzi Avropa ölkəsinə əsas heyətlə yollanan millilərimiz təxminən iki həftəyə yaxın toplanış keçəcək. Yığmamızın heyətində Rio Paralimpiadasının qalibi, gəncəli Ramil Qasımov da yer alıb.

Ramil Qasımov- Rio Paralimpiya Oyunlarının qalibi: "Toplanışın məqsədi İslam Həmrəylik Oyunlarına hazırlıqdır. Biz orada hazırlaşıb, Bakıda yarışda uğurlu nəticə qazanmaq istəyirik. Hazırlıqda tatami üzərində məşqlər olacaq. Təlim-məşqə dünyanın bir çox ölkələrindən idmançılar qatılacaq. Əsasən texniki göstəricilər üzərində işləyəcəyik".

Ramil Qasımov Paralimpiya Oyunlarında olduğu kimi, bu ilin ən məsuliyyətli yarışı olan İslam Həmrəylik Oyunlarında da uğur qazanmaq arzusundadır.

Ramil Qasımov- Rio Paralimpiya Oyunlarının qalibi: "Bizim qızıl qazanmaq məqsədimiz ondan ibarətdir ki, bayrağımız yüksəyə qalsın, himnimiz səslənsin. Biz bunu arzulayırıq və buna nail olacağıq".

Avstriyadakı təlim-məşq toplanışından sonra tatami ustaları ölkə daxilində və Gürcüstanda hazırlıqlarını davam etdirəcək. May ayında keçiriləcək İslam Həmrəylik Oyunlarınadək paralimpiyaçıları bir sıra turnirlər, o cümlədən Avropa çempionatı gözləyir. Cüdoçulardan kimlərin hansı yarışlarda iştirak edib-etməyəcəyi haqda qərarı məşqçilər korpusu verəcək.

Orxan Cəfərzadə