Bu günə xəbərlərin oxunma sayı: 1312
— 09.01.2017 15:58

2016-cı ildə Gəncədə TTYX-ya müraciətlərin sayı artıb

KepezTV Player

Ötən il Gəncədə təcili tibbi yardıma daha çox ürək-damar sistemi xəstəliklərindən əziyyət çəkənlər müraciət edib və çağırışların 9 minə yaxını bununla bağlı olub. Elə çağırışların sayı da 2015-ci illə müqaisədə artaraq 94 minə çatıb. 103-ə zəng edərək kömək istəyənlərdən 1418-i stasionar müalicə üçün xəstəxanaya yerləşdirilib. Uşaq xəstəlikləri və hamiləliklə bağlı çağırışlar müraciətlər sırasında ön yerlərdə qərarlaşır. Bayram günlərində edilən müraciətlərin profili isə fərqli olub. Həkim briqadaları adi günlərlə müqayisədə 3 dəfədən artıq - 500-ə yaxın çağırışa çıxıb.  

Namiq Nəbiyev- Gəncə şəhər TTYS-nın baş həkimi: “Bayram günlərində həqiqətən də çağrışların sayında artım müşahidə olundu. Olan çağırışlar əsasən kəskin resperator virus infeksiyaları, yuxarı tənəffüs yollarının katarı ilə bağlı oldu. Xəstələrdə əsasən baş ağrıları, əzələ ağrıları, oynaq ağrıları, halsızlıq kimi hallar olurdu. Bundan başqa, ürək-damar xəstəlikləri ilə bağlı müraciətlər ediblər”.

Elton Cabbarlı