Bu günə xəbərlərin oxunma sayı: 868
— 09.01.2017 12:28

Poçtdan əliboş çıxan oğrular mağazanı qarət etdilər

KepezTV Player

Lənkəranın Digah kəndində oğurluq hadisəsi baş verib. İki nəfər olduğu ehtimal edilən qarətçilər "Azərpoçt"a aid Lənkəran Regional Poçt Filialının Digah Şilavar poçt şöbəsinin qıfıllarını qıraraq içəri daxil olublar. Poçt müdiri Babulla Nuriyevin sözlərinə görə seyfdə pul olduğunu zənn edən naməlum şəxslər istədiklərini əldə edə bilməyiblər. Eyni vaxtda kəndin poçt şöbəsinin yaxınlığında ərzaq mağazasının da tavan hissəsi oğrular tərəfinən sındırılıb. Damdan mağazaya girə bilməyən naməlum şəxslər dəmir qapının açarlarını qaynaq yerindən qıraraq mağazaya girməyə müvəffəq olublar. Oğrular kassadan pul tapa bilməsələr də, danışıq kartlarını və siqaretləri götürərək oradan uzaqlaşıblar. Faktla bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırma aparılır.

Babulla Nuriyev- poçtun rəisi: “Bazar günü poçta gəldim, gördüm qapı sınıqdır, açıqdır. Baxdım ətrafa, gördüm heç bir şey yoxdur. Polisdər də burda idilər, çağırdılar, gəldib baxdılar, heç bir aydınlaşdırılmadı, heç bir şey tapılmadı”.

Vüsalə Camal