Bu günə xəbərlərin oxunma sayı: 1321
— 09.01.2017 12:29

Silah satan şəxs yaxalandı

Azərbaycanda avtomat silahı satan şəxs saxlanılıb. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Qazax Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qazax rayon sakini Samir Zülfüqarov "AK" markalı silahı, patron darağını və 11 ədəd patronu 1000 manata satarkən tutulub. Faktla bağlı araşdırmalar davam etdirilir.

Ruhəngiz Hacızadə