Bu günə xəbərlərin oxunma sayı: 1162
— 09.01.2017 12:55

Qanunu pozan sürücülər saxlanıldı

KepezTV Player

Baş Dövlət Yol Polisi İdarəsi və İmişli rayon Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində reyd keçirilib. Nəzarət tədbiri zamanı müxtəlif qanun pozuntularına yol verən sürücülər aşkar edilərək barələrində protokol tərtib olunub. Həmçinin avtomobili sərxoş vəziyyətdə idarə edən sürücülərin nəqliyyat vasitələri cərimə meydançasına aparılıb. Ən çox rast gəlinən qayda pozuntusu sürücülərin təhlükəsizlik kəmərindən istifadə etməməsi olub. İşıqforun qırmızı işığında keçən, avtomobili nömrəsiz idarə edən, sükan arxasında telefonla danışan, texniki baxışdan yayınan sürücülərə də rast gəlinib. Reyd zamanı ümumilikdə 50-dən çox sürücü haqqında qanuna müvafiq olaraq protokol tərtib olunub.

Ruhəngiz Hacızadə