Bu günə xəbərlərin oxunma sayı: 928
— 09.01.2017 12:15

Hava şəraiti Gəncəyə həyata keçirilən beynəlxalq aviareyslərin hərəkət cədvəlinə təsir etməyib

KepezTV Player

Gəncə Beynəlxalq Hava Limanından aldığımız məlumata görə, Rusiyada müşahidə edilən şaxtalı və qarlı hava Moskvadan Gəncəyə təyyarə uçuşlarında heç bir ləngiməyə səbəb olmayıb.  Həftədə 5 dəfə olmaqla Gəncə-Moskva uçuşları qrafikə uyğun hərəkət etdirilir. Yanvarın 7-də isə iqlim şəraiti ilə əlaqədar İstanbul-Gəncə reysi təxirə salınıb. Həftənin 4-cü və 6-cı günləri həyata keçirilən İstanbul-Gəncə reysləri bu həftədən bərpa olunub.

Xəyalə Mürsəl