• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1534
— 29.10.2014 21:31

Cəlilabadda elektrik sobasının aşması gənc ananın həyatına son qoyub

 

Cəlilabad rayonunda ehtiyatsızlıq faciəyə səbəb olub. Elektrik sobasının aşması 22 yaşlı gənc ananın həyatına son qoyub.

Hadisə rayonun böyük Bəcrəvan kəndində İsrail Hüseynova məxsus yaşayış evində qeydə alınıb. Axşam saatlarında otağın isdilməsi üçün istifadə olunan elektrik sobası aşaraq, evdəki xalçanı yandırıb. Bu zaman  otaqda ciddi yanğın baş verməsə də ər, arvad və onların iki aylıq körpəsinin olduğu otaq qatı tüstü ilə dolub. Yalnız səhər saatlarında hadisədən xəbər tutan ailənin digər üzvləri onları tüstü ilə dolmuş otaqdan bayıra çıxara biliblər. Lakin tüstü və dəm qazı 22 yaşlı Gülarə Hüseynovanın həyatına son qoyub.

Dünyasını dəyişən qadının həyat yoldaşı və iki aylıq körpəsi Hüseyn Hüseynov ağır vəziyyətdə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Xəstəxananın həkimi Şəmsəddin Büyatovdan aldığımız məlumata görə, hazırda ata və onun iki aylıq övladının vəziyyəti normaldır.

Faktla bağlı araşdırma aparılır.