Bu günə xəbərlərin oxunma sayı: 1269
— 08.01.2017 20:01

Dəm qazı 4 nəfəri xəstəxanalıq etdi

KepezTV Player

Gəncədə 3 tələbə dəm qazından zəhərlənib. Hadisə ötən gün axşam saatlarında baş verib. Gəncə Dövlət Universitetinin tələbəsi, Bakı şəhər sakini 20 yaşlı Yasin Səfərəliyev, Azərbaycan Texnologiya Universitetinin tələbəsi, Qax rayon sakini 19 yaşlı Cavidan İsaqlı və onun həmyerlisi, Azərbaycan Dövlət Aqrar Universitetinin tələbəsi 19 yaşlı Elməddin Kamallı Nəriman Nərimanov prospekti, ikinci döngə, ev 4 ünvanında kirayədə qaldıqları evdə dəm qazından zəhərləniblər. Dərhal xəstəxanaya yerləşdirilən tələbələrə tibbi yardım göstərilib, vəziyyətləri kafi qiymətləndirilir. İlkin məlumata görə, tələbələr kirayədə yaşadıqları evin vanna otağında dəm qazından zəhərləniblər.

Daha bir zəhərlənmə faktı Tovuzda qeydə alınıb. Əlimərdanlı kənd sakini, 28 Mələk Bayramova dəm qazından zəhərlənmə əlaməti ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib. Həkimlər Mələk Bayramovanın vəziyyətinin normal olduğunu bildirirlər. İlkin məlumata görə, qadın yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib.
Ruhəngiz Hacızadə