Bu günə xəbərlərin oxunma sayı: 700
— 04.01.2017 14:26

Gəncə xanlığının sonuncu hökmdarı Cavad xanın vəfatından 213 il ötür

KepezTV Player

Şəhər rəsmiləri, ziyalılar, ictimaiyyət nümayəndələri qəhrəmanlığı ilə gələcək nəsillərə nümunə olan Ziyadoğlu Cavad xanın xatirəsini yad ediblər. Mərasimdə çıxış edənlər 1747-1804-cü illərdə Gəncə xanlığının keçdiyi tarixi inkişaf yolunu, XIX əsrin əvvəllərində Azərbaycan xanlıqlarını bürüyən dərin sosial-iqtisadi, siyasi böhran  və mövcud olan işğal təhlükəsindən söhbət açıblar.  Gəncə xanlığının sonuncu hökmdarı Cavad xan Vətənin azadlığı və istiqlaliyyəti uğrunda son anadək mərdliklə mübarizə aparıb, Çar Russiyası qoşununun əsgərləri ilə qeyri-bərabər döyüşdə qəhrəmancasına həlak olub.  Pavel Sisianovun başçılıq etdiyi qoşununun çoxsaylı həmlələrindən sonra Gəncə 1804-cü il yanvarın 4-də işğal edilib. Xanlığın yadellilərdən müdafiəsində Cavad xanınla bərabər oğlu Hüseynqulu bəy, ailə üzvləri və 1500 nəfərədək gəncəli şəhid düşüb. Tarixi faktlara nəzər salındıqdan sonra Gəncə xanlığının sonuncu hökmdarı Cavad xanın türbəsi ziyarət olunub, məzari üzərinə tər çiçəklər düzülüb.

Hüseyn Bəxtiyarov - GDU-nun Ümumi tarix kafedrasının fəlsəfə doktoru: "Biz bu gün də Cavad xanın qəhrəmanlığını unutmuruq. Azərbaycan xalqı ölkə başçısının ətrafında sıx birləşibdir və öz tarixi torpaqlarını işğaldan azad etməyə hazırdır".

Gülnar Fazilqızı