Bu günə xəbərlərin oxunma sayı: 704
— 31.12.2016 14:39

2016-cı il Gəncə üçün idman sahəsində ən yaddaqalan il olub

KepezTV Player

2016-cı il Gəncə idmanı üçün də uğurlu olub. İstər komanda, istərsə də fərdi yarışlarda təmsilçilərimizin qazandığı nailiyyətlər bunu deməyə əsas verir.

Geridə qalan il olimpiya ili olduğundan bütün diqqətlər Braziliyada təşkil edilən planetin ən mötəbər yarışına yönəlmişdi. Olimpiadada ölkəmizin əsas medal ümidlərindən olan Toğrul Əsgərov yenə ona bəslənən etimadı doğrultdu. Əsgərov 4 il öncə Londonda olimpiya çempionluğunu boşuna qazanmadığı sübut edərək Rio Olimpiadasını gümüş medalla tamamladı. Gəncəli sərbəst güləşçi 2017-ci ildə də uğur qazanmağı hədəfləyib.

Gəncə üçün idman sahəsində ilin ən yaddaqalan növbəti hadisəsi Paralimpiya Oyunlarında cüdoçu Ramil Qasımovun çıxışı oldu. Tatami ustası 73 kq-da bütün rəqiblərini məğlub edərək bayrağımızı ən yüksək zirvəyə qaldırdı. Layiqli çıxışı nəticəsində Qasımov bir sıra mükafatlarla təltif olundu.

 Bu il Gəncənin futbol tarixində də yeni səhifə açıldı. "Kəpəz" avrokuboklara vəsiqə qazanaraq, klub tarixi ərzində ilk dəfə mərhələ adladı.

2017-ci ildə Gəncə idmançıları yenə ciddi sınaqlar qarşısında olacaqlar. Şübhəsiz ki, bunlardan ən önəmlisi Bakının ev sahibliyi etməyə hazırlaşdığı İslam Həmrəylik Oyunlarıdır.
 

Orxan Cəfərzadə