Bu günə xəbərlərin oxunma sayı: 989
— 31.12.2016 14:37

Bu il Gəncə Avropanın Gənclər paytaxtı olaraq diqqətləri özünə çəkə bildi

KepezTV Player

"Avropa Gənclər Forumu"nun seçimini Avropa İttifaqına üzv olmayan bir ölkə şəhərinin üzərində saxlaması Gəncənin üzərinə həm məsuliyyət, həm də layiqli təmsilçilik qoyurdu.

Gəncə "Avropa Gənclər Paytaxtı" titulunu Rumıniyanın Kluj-Napoka şəhərindən təhvil aldı. Gəncəli gənclər "rəmzi açarı" böyük coşğu ilə qarşılaşdılar və bu qarşılama növbəti ildə Gəncədə reallaşacaq yerli və beynəlxalq layihələrin miqyasından xəbər verirdi... Layihənin may ayında baş tutan rəsmi açılışı bayram əhval-ruhiyyəli tədbirlərlə start götürdü. Avropalı qonaqlara Gəncənin tarixi, mədəniyyəti, mətbəxi, özünəxas adət-ənənələri nümayiş etdirildi. Şəhərin baş meydanında təşkil olunan möhtəşəm konsert proqramı diqqət çəkdi.

Bu başlanğıc idi. İl ərzində 250-ə yaxın layihə həyata keçirildi ki, onlardan da 40-a yaxını beynəlxalq tədbirlər oldu. Ən böyük layihələrdən biri, Türk Şurasının Gənclər Festivalı oldu ki, bu çərçivədə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəaliyyəti və gələcək planlarına həsr olunan dəyirmi masada müzakirələr aparıldı. Gəncədə Avropa Gənclər Festivalı da reallaşdı. Bu dəfə də "Gəncəçay" park-bulvar kompleksi bayram abu-havasına büründü, təşkil olunan rəng festivalında maraqlı anlar yaşandı. Festivala Heydər Əliyev park-kompleksindəki "Amfiteatr"da təşkil olunan konsert proqramı və atəşfəşanlıqla son qoyuldu. Və təbii ki, bu da son deyildi...

Təbriz Rzayev- "Gəncə Avropa Gənclər Paytaxtı 2016" İB-nin piar meneceri: " Başlanğıcda şəhərdə 43 layihənin icrası nəzərdə tutulmuşdusa, Prezident İlham Əliyevin sərəncamı ilə Gəncə "Avropa Gənclər Paytaxtı - 2016" layihəsinin icrasına 9 nazirlik və 2 dövlət komitəsi qoşuldu. Bu da icra olunacaq layihələrin sayının artmasına səbəbiyyət verdi. İl ərzində şəhər ümumilikdə 40 000-ə yaxın qonaq qəbul etdi ki, onlardan 1200-ə yaxını xarici ölkə vətəndaşları idi. Təbriz Rzayev- "Gəncə Avropa Gənclər Paytaxtı 2016" İB-nin piar meneceri: "AGP olmaq Gəncəyə nə verdi?" Gəncə "Avropa Gənclər Paytaxtı" titulunu layiqincə daşıdı və təhvil verdi... "Rəmzi açar" Bolqarıstanın Varna şəhərinə yola düşdü”.

Gülnar Fazilqızı