Bu günə xəbərlərin oxunma sayı: 724
— 30.12.2016 15:03

Gəncədə hərbçilərin bədii özfəaliyyət müsabiqəsinə yekun vurulub

KepezTV Player

Gəncə Qarnizonu Zabitlər evində hərbi qulluqçular arasında 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunan bədii özfəaliyyətin final müsabiqəsi keçirilib. Son mərhələdə hərbçilər bədii yaradıcılığın müxtəlif növlərində mahnı, muğam, rəqs, instrumental ifaçılıq, bəstəkarlıq, poeziya, bədii qiraət üzrə istedad və qabiliyyətlərini nümayiş etdiriblər. Bir neçə aydır ki, davam edən müsabiqəyə Beyləqan, Bərdə, Şəmkir və Gəncədən 221 hərbi qulluqçu qatılıb. Onlardan yalnız 25-i yarımfinala yüksələ bilib. Münsiflərin rəyi əsasında yüksək bal toplayan finalçılar sonda diplom və hədiyyələrlə mükafatlandırılıblar.

Ruhəngiz Hacızadə