Bu günə xəbərlərin oxunma sayı: 1008
— 30.12.2016 15:55

Gəncədə məhsul yarmarkası keçirilir

KepezTV Player

Gəncədə sakinlərə bazar qiymətlərindən ucuz ərzaq məhsulları almaq imkanı yaradılıb. Bu, baş tutan məhsul yarmarkası ilə mümkün olub. Qiymətlərin bazarla müqayisədə 20-30% aşağı olmasını əhali lazımınca dəyərləndirib.

Aygün Hacıyeva- alıcı: “Həm bayramdır - çox işlədilir deyə, həm də ucuz olduğuna görə çox aldıq”.

Biri 12 qəpik olan yumurta kimi, kərə yağı, ət və ət məhsulları, un, meyvəyə də yarmarkada tələbat böyük olub. Buna istehsal müəssisələri və fermerin məhsullarını birbaşa bazara çıxartması şərait yaradıb. Qiymətlər də buna görə münasib olub.

Bahar Verdiyeva- alıcı: “Qiymətlər bazardan 10-15 qəpik aşağıdır. Yaxşıdır, bizi qane edir”.

Rafiq Behbudov- alıcı: “Misal üçün, şüyüd bazarda 60 qəpikdir, amma burada 40 qəpiyədir. Əladır, bəyənilsin!”

Sehran Ağakərimov- satıcı: “200 kq məhsulumuz var, Qəbələdən gətirmişik. Şabalıd, qoz-fındıq 6 manata, ləpə isə 15 manata”.

Bayramlarqabağı münasib qiymətləri fürsət bilən alıcılara müxtəlif çeşidli yerli məhsullar təklif olunub.

Elnur Rzayev- Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini: “Yarmarka dünəndən başlayaraq bu günün sonunda qədər öz işini davam etdirəcək. Ət və ət məhsulları, un və un məmulatları, kənd təsərrüfatı malları alıcılara təklif olunur. Qiymətlər isə bazarla müayisədə 20-30% aşağıdır”.

Yarmarkanın keçirilməsində məqsəd bazarlarda süni qiymət artımının qarşısının alınmasıdır.
Xəyalə Mürsəl