Bu günə xəbərlərin oxunma sayı: 1211
— 30.12.2016 12:58

İki ev içərisindəki əşyalarla birgə yandı

KepezTV Player

Oğuz və Goranboyda yanğın hadisələri baş verib. İki ev içərisindəki əşyalarla birgə yararsız hala düşüb.

Goranboyun Aşağı Ağcakənd qəsəbəsində Laçın rayonundan məcburi köçkün olan Soltan Cəfərova məxsus ev alışıb. Yanğın sahibləri evdə olmadığı vaxt qeydə alınıb. Tez bir zamanda şiddətlənən alov ətrafı bürüdüyündən qonşular yanğınsöndürənləri hadisə yerinə çağırıblar. Xocalı yanğından mühafizə idarəsinin əməkdaşları alovu ram edərək digər tikilərə keçməsinin qarşısını alıblar. 48 kv.metrlik ev əşyaları ilə birlikdə yararsız hala düşüb. Ev sahibi tikilidə müəyyən miqdarda pul və qızıl-zinət əşyalarının yandığını da bildirib.

Oğuz rayonu, Bucaq kənd sakini Allahverdi Məmmədova məxsus, ümumi sahəsi 100 kv/m olan kürsülü 5 otaqdan ibarət fərdi yaşayış evində də yanğın baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Oğuz rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və canlı qüvvəsi cəlb edilib. Yanğın nəticəsində evin yanar konstruksiyaları içərisindəki əşyalarla birlikdə yanıb. Hadisə zamanı xəsarət alan olmayıb. İlkin ehtimala görə, yanğına odun sobası səbəb olub. Baş verən hadisələrlə bağlı araşdırmalara başlanılıb.

Ruhəngiz Hacızadə