Bu günə xəbərlərin oxunma sayı: 1296
— 30.12.2016 12:58

Ermənistan istehsallı spirtli içkilər gömrükdə müsadirə olundu

KepezTV Player

Gömrükdə Azərbaycana məxsus aksiz markası ilə markalanmayan xeyli sayda spirtli içki müsadirə olunub. Onlardan bəzisi Ermənistan istehsalıdır.

Rusiyadan Azərbaycan vətəndaşı Mübariz Əhmədov adına daxil olan avtomaşında bəyan olunmayan spirtli içkilərin, soyuq silahlara oxşar predmetlərin və digər malların olması ilə bağlı Bakı Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə əməliyyat məlumatı daxil olub. Məlumat əsasında Bakı şəhəri, Xəzər rayonu, Şaqan qəsəbəsində yaşayan Mübariz Əhmədov adına daxil olan və Bakı Baş Gömrük İdarəsində gömrük bəyannaməsi ilə rəsmiləşdirilən ev əşyaları yükünə gömrük baxışı keçiriblər. Yoxlama zamanı gömrük bəyannaməsində qeyd edilməyən 4042 ədəd keçmiş SSRİ-nin, 2340 ədəd Rusiya Federasiyasının metal pulları, 3 ədəd istifadə olunmuş xalça, 10 ədəd müxtəlif ölçülü bıçaqlar və 68 ədəd Azərbaycana məxsus aksiz markası ilə markalanmayan spirtli içkilər aşkar edilib. Spirtli içkilərdən 9 ədədi Ermənistanda istehsal edilib. Faktla bağlı araşdırma aparılır.
Vəfa Şairova