Bu günə xəbərlərin oxunma sayı: 1283
— 30.12.2016 13:16

Dostunu oğurluğa sövq edib, özü qaçdı

KepezTV Player

Xalqımızın əsrlərdən bəri qorunan və nəsillərə örnək olan dəyərləri kifayət qədərdir. Onların içərisində isə ən dəyərlisi dostluqdur. Bəli, babalarımızın süfrə arxasında birgə içdikləri çayın qırx illik hörməti olub. Deyirlər yaxşı dostu olanın aynaya baxmağa ehtiyacı yoxdur. Amma hərdən elə dostlar olur ki, onlara görə də aynaya baxmaq olmur, sadəcə bu dəfə utancdan. Ricətimiz əbəs deyil, canı var. Çünki bu dəfə dostluqdan və iki dostu birləşdirən ali, yox adi, daha doğrusu olduqca adi əməldən, oğurluqdan danışacağıq. Dostunun dərdinə şərik çıxmaq istədi. Amma sonradan peşman oldu... Onu qoyub qaçan dostuna görə...

Binəqədi rayon sakini ona məxsus oyun salonundan oğurluq olunması ilə bağlı Rayon Polis İdarəsinə müraciət edib. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən Abşeron rayonu, Masazır qəsəbəsində kirayədə qalan 28 yaşlı Ruslan Piriyev və onun bibisi oğlu 23 yaşlı Vüsal Məmmədov saxlanılıb. Oğurluğun əsas səbəbkarı olan Famil adlı üçüncü şəxs isə axtarışdadır. İşi çətinə düşən şəxs dostundan yardım istəyib, dostun köməyi isə artıq göz qabağındadır. Ruslan özü ilə yanaşı, dostuna kömək məqsədilə onlara qonaq gələn bibisi oğlunu da bu işə sövq edib. Onun işi isə nəzarət kamerasını sındırmaqla, guya izi itirmək olub. Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində başlanan cinayət işi üzrə araşdırmalar davam etdirilir.
Vəfa Şairova