Bu günə xəbərlərin oxunma sayı: 1161
— 30.12.2016 13:12

Yol qəzası ölüm gətirdi

KepezTV Player

Qubada ölümlə nəticələnən yol qəzası baş verib. Hadisə Bakı-Quba magistralının İqrik kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 43 yaşlı Rəsmiyə Qədirovanı avtomobil vurub. Qadın hadisə nəticəsində aldığı ağır bədən xəsarətləri səbəbindən Quba rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib. Hazırda faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırmalar aparılır.

Zülfiyyə Telmanqızı