Bu günə xəbərlərin oxunma sayı: 1008
— 30.12.2016 13:23

Xanımı üçün ayaqqabı oğurlayan kişini peşman etdilər

KepezTV Player

Həyat yoldaşı üçün ayaqqabı oğurlayan gənc… Hərislik və tamah başlayan yerdə bütün saf duyğular sona çatır. Xəbərimizin "qəhrəman"ı hissləri ilə tamahın yaratdığı duyğuları deyəsən bir-birinə qarışdırıb. Həyat yoldaşının könlünü almaq üçün ona yeni ayaqqabı bağışlamaq istəyib. Ancaq halal zəhməti ilə yox, başqasının malına göz dikərək...

29 yaşlı Nicat Qasımov paytaxtın Binəqədi rayonu, Məhəmməd Əmin Rəsulzadə qəsəbəsində yerləşən mağazaların birindən oğurluq etdiyi üçün saxlanılıb. Nicatın dediyinə görə, ailəsini usta işləyərək dolandırıb. Bir gün axsam saatlarında qəsəbədən keçərkən mağazalardan birinin şüşəsinin açıq qaldığını görüb. Qasımov bu vəziyyətdən maksimum yararlanmağa çalışıb. Ancaq Nicatın planı istədiyi kimi alınmayıb. Obyektdən çıxar-çıxmaz Binəqədi rayon polis idarəsinin 4-cü polis bölməsinin əməkdaşları onu saxlayıblar. Tutduğu əməldən peşman olduğunu dilə gətirən gənc mağazadan niyə məhz qadın ayaqqabısı götürdüyünə də aydınlıq gətirib. Səbəb həyat yoldaşının daha yaxşı görünməsi, necə deyərlər, qonşudan geri qalmamasıymış. Faktla bağlı Binəqədi rayon polis idarəsində cinayət işi başlanıb, araşdırma aparılır.
 

Vüsalə Camal