Bu günə xəbərlərin oxunma sayı: 1276
— 30.12.2016 10:40

Goranboyda evdə yanğın olub, pul və qızıl-zinət əşyaları yanıb

Goranboyun Aşağı Ağcakənd qəsəbəsində Laçın rayonundan olan məcburi köçkün Soltan Cəfərova məxsus evdə yanğın olub. Hadisə zamanı ev sahibləri mənzildə olmayıblar. Tez bir zamanda şiddətlənən alov ətrafı bürüdüyündən qonşular yanğınsöndürənləri hadisə yerinə çağırıblar. Alov ram edilib, digər tikililərə keçməsinin qarşısı alınıb. Ev əşyaları ilə birlikdə yararsız hala düşüb. Sahibi müəyyən miqdarda pul və qızıl-zinət əşyalarının da yandığını bildirib.

Vəfa Şairova