Bu günə xəbərlərin oxunma sayı: 703
— 29.12.2016 13:33

Qadın daxili orqanında qızıl keçirmək istədi

KepezTV Player

Gömrük əməkdaşları zərgərlik məmulatının qanunsuz yolla ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar. İstanbul-Bakı aviareysi ilə gələn xanım sərnişin, Azərbaycan vətəndaşı nəzarətə götürülüb. Vətəndaş gömrük nəzarəti zonasını tərk etdikdən sonra saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb. Hal şahidlərinin iştirakı ilə vətəndaş daxili orqanında gizlətdiyi sellofan bükümün içərisindəki qızıl-zinət əşyalarını, bəzilərinin üzəri qaşlarla bəzədilmiş - 18 ədəd kulon, 22 ədəd üzük, 17 ədəd sırğa cütü, 5 ədəd tək sırğa, 3 ədəd boyunbağı, 3 ədəd sırğa-üzük dəsti, 4 ədəd boyunbağı-qolbaq-sırğa-üzük dəsti və 3 ədəd qolbağı çıxararaq gömrük nəzarətinə təqdim edib. Sözügedən predmetlərin ümumi çəkisi 254,26 qramdır.

Faktla bağlı araşdırma aparılır.
 

Ruhəngiz Hacızadə