Bu günə xəbərlərin oxunma sayı: 1171
— 29.12.2016 15:37

Üç nəfərin törətdiyi üzqızardan əməllər

KepezTV Player

Dekabrın 28-nə keçən gecə Gəncə şəhəri ərazisində 3 naməlum şəxs Şəmkir rayon sakini Çoban Bəhrəmzadəni döyərək ondan 550 manat pul və mobil telefonunu alıb. Kəpəz RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəhər sakinləri Rövşən Məmmədtağıyev, əvvəllər məhkum olunmuş Ramin Nəbiyev və Ərəstun İmamverdiyev tutulub. Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların həmin gün saat  01 radələrində şəhər ərazisində Gəncə sakini olan bir qadını Rövşən Məmmədtağıyevə məxsus "VAZ-2107" markalı avtomobilə zorla oturdaraq Sevinc qəsəbəsinə aparmaları, vintaçanla hədələyərək 60 manat pulunu və qızıl üzüyünü almaları, habelə zorlamaları da müəyyən edilib.

Faktla əlaqədar cinayət işi başlanılıb. Kəpəz RPİ tərəfindən araşdırma aparılır.
 

Ruhəngiz Hacızadə