Bu günə xəbərlərin oxunma sayı: 1162
— 29.12.2016 12:23

Velosipedlə vurulan qadının qabırğaları sındı

KepezTV Player

Bakıda yol qəzası qeydə alınıb. Hadisə Xəzər rayonu Buzovna qəsəbəsi ərazisində baş verib. Yol kənarı ilə piyada gedən  69 yaşlı Şəfiqə Əsədovanı velosipedlə naməlum şəxs vurub. Aldığı zərbədən yıxılan qadın xəsarət alıb. Velosipedçi isə piyadaya yardım etmədən hadisə yerindən uzaqlaşıb. Şəfiqə Əsədova ətrafdakı insanların çağırdığı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Həkimlər piyadanın qabırğalarının sındığını bildiriblər. Hadisə barədə polisə məlumat verilib. Faktla əlaqədar Xəzər rayon polis İdarəsində araşdırmalar aparılır.
Ruhəngiz Hacızadə