Bu günə xəbərlərin oxunma sayı: 1399
— 29.12.2016 11:43

Yeniyetmənin ehtiyatsızlığı başına bəla oldu

KepezTV Player

Ötən gün Saatlı rayonunda bədbəxt hadisə baş verib. Rayonun Əliabad kəndində 14 yaşlı Sabir Dadaşov evdə atası Cabir Dadaşova məxsus tüfənglə ehtiyatsız davranıb və nəticədə ayağından güllə yarası alıb. Yeniyetmə dərhal Saatlı rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisə yerindən müvafiq sənədləri olmayan “İJ-17” markalı ov tüfəngi götürülüb. Araşdırmalar davam etdirilir.

 

Ruhəngiz Hacızadə