Bu günə xəbərlərin oxunma sayı: 988
— 29.12.2016 12:33

Şöbə rəisi qısqanclıq zəminində qətlə yetirildi

KepezTV Player

Ötən gün Ağdaş rayonunda kafedə baş vermiş qətlin təfərrüatları məlum olub. Hadisənin qısqanclıq zəminində törədildiyi bildirilir. İdarə rəsmisinin həyatına son qoyan şəxs bundan öncə də bir qadını öldürdüyü üçün məhkumluq həyatı yaşayıb. Ancaq görünən odur ki, onu azadlığının əlindən alınması da islah edə bilməyib.

Şöbə rəisi qısqanclıq zəminində qətlə yetirildi. Ağdaş şəhər sakini, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin “Ağdaş Sukanal” Törəmə Səhmdar Cəmiyyətinin kommersiya şöbəsinin rəisi, 38 yaşlı Elçin Babayev həmyerlisi olan qadınla qeyri-rəsmi münasibətdə olub. Qadının qohumu olan Ağdaş sakini, 37 yaşlı Pərviz İsmayılov bu məsələdən xəbər tutub və Babayevi öldürmək qərarına gəlib. Bu məqsədlə o, qanunsuz yolla "Makarov" tipli tapança əldə edib və Elçin Babayevi kafeyə dəvət edib. Kafedə yaranan mübahisə zamanı tapançadan 3 dəfə atəş açaraq Elçini qətlə yetirib və hadisə yerindən qaçıb. Ağdaş rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qətl hadisəsini törədən Pərviz İsmayılov saxlanılıb, ondan qətldə istifadə etdiyi "Makarov" tipli tapança aşkar edilərək götürülüb. Faktla bağlı Ağdaş rayon Prokurorluğunda qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb. Qeyd edək ki, Pərviz İsmayılov daha əvvəl bir qızı ov tüfəngi ilə qətlə yetirdiyi üçün 10 ildən çox məhkumluq həyatı yaşayıb.
 

Ruhəngiz Hacızadə