Bu günə xəbərlərin oxunma sayı: 1343
— 28.12.2016 22:59

Gəncədə avtomobil işıq dirəyinə çırpılıb

Gəncə şəhəri Nizami prospektində yol qəzası baş verib. 34 yaşlı Musa Kərimov Şəmkirdən Gəncə istiqamətində “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə maşın yoldan çıxaraq işıq dirəyinə çırpılıb.  Avtomobil yararsız hala düşüb. Faktla bağlı araşdırmalara başlanılıb.

Elnur Vahidoğlu