Bu günə xəbərlərin oxunma sayı: 1343
— 28.12.2016 20:59

Gəncədə 56 yaşlı qadın dəm qazından zəhərlənib

Bu gün axşam saatlarında şəhərin Əziz Əliyev küçəsində yaşayan 56 yaşlı Solmaz Məmmədova evinin vanna otağında olarkən, özünü pis hiss edib. Dərhal yaxınları onu xəstəxanaya gətirib və həkimlər ona dəm qazından zəhərlənmə diaqnozu qoyub. Xəstəyə tibbi yardım göstərilib, vəziyyəti normal olduğu üçün ambulator müalicəyə buraxılıb.

Elnur Vahidoğlu