• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 795
— 26.12.2016 15:42

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Goranboyun təmas xəttində yerləşən ailələrlə görüş keçirilib

KepezTV Player

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Goranboy rayonunun təmas xəttində yerləşən ailələrlə görüş keçirilib. Komitə sədri Hicran Hüseynovanın sözlərinə görə, hər il ənənə halını alan bu görüşlər cəbhə bölgəsində yaşayanların yanında olmaq, onlara mənəvi dəstək vermək üçündür. Səmimi söhbət zamanı vətəndaşların müraciət və təklifləri də dinlənilib. Daha sonra cəbhəyanı kəndlərin uşaqları üçün Yeni il şənliyi təşkil olunub. 100-dən çox uşağa hədiyyələr paylanılıb. Həmçinin 50-yə yaxın ailəyə komitə tərəfindən bayram sovqatı verilib. 

Natiq Hüseyn