• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1911
— 29.10.2014 16:04

Gəncəli iti zəka sahibi Avropa birinciliyinin qalibi olub

Gürcüstanda yeniyetmələr arasında şahmat üzrə Avropa birinciliyi keçirilib.  Yarışda iştirak edən Gəncə Şahmat Məktəbinin yetirməsi Ülviyyə Fətəliyeva qonşu ölkədən maksimum nəticəylə dönüb.

Batumidə düzənlənən qitə birinciliyində 48 ölkədən 1000-ə yaxın şahmatçı mübarizə aparıb. 24-cü dəfə təşkil olunan yarışa Azərbaycandan 98 iti zəka sahibi qatılıb. İsveçrə sistemi üzrə 9 turdan ibarət olan birincilikdə Gəncə idmançısı Ülviyyə Fətəliyeva ilk dəfə 18 yaşlı şahmatçıların mübarizəsində qüvvəsini sınayıb. Bu yaş qrupunda debüt etsə də Fətəliyeva həmyaşıdları arasında hamını qabaqlayaraq Avropa çempionu adını qazanıb.

Şahmatçının böyük perspektiv vəd etdiyini deyən Gəncə Şahmat-Dama məktəbinin direktoru Asif Həsənov onun gələcəkdə daha böyük uğurlara imza ataraq şahmat həvəskarlarını sevindirəcəyini bildirib.

Avropa çempionluğu Ülviyyə Fətəliyevanın ilk belə uğuru deyil. O, bundan öncə 14 yaşlılar arasında qitə yarışının baş mükafatına yiyələnib. Dəfələrlə Azərbaycan çempionu olan Fətəliyevanın medal kolleksiyasında dünya birinciliyinin gümüş mükafatı da var. 

Orxan Cəfərzadə