• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1378
— 29.10.2014 15:57

Naftalanla Rusiyanın Yesentuki şəhəri qardaşlaşıb

Naftalanla qardaşlaşan şəhərlərin sırasına Rusiyanın Yesentuki şəhəri də qatılıb. Yesentuki şəhərinin meri Larisa Pisarenko Naftalan şəhəri ilə əməkdaşlıqda  maraqlı olduqlarını vurğulayıb. Qarşılıqlı səfərlərin,  işgüzar  əməkdaşlığın, xüsusilə də turizm əlaqələrinin daha da genişəndirilməsi  üçün böyük potensialın olduğu diqqətə çatdırılıb. Naftalanla qardaş olan Fransanın Leql, İtaliyanın Pozitano, Polşanın Uneyov şəhərlərinin yanında yer alan Yesentukidən olan nümayəndələr Naftalanla yaxından tanış olublar.

Larisa  Pisarenko-  Yesentuki  şəhərinin meri: “Biz bu ilin aprel ayında Naftalan şəhəri ilə qardaşlaşma haqqında protokol imzaladıq. Yesentuki və  Naftalan hər ikisi də kurort şəhəridir. Sovet dövründən xidmət sahəsi üzrə zəngin təcrübəmiz var. Çox şadıq ki, yenidən əlaqələr qurulur. Ölkəniz çox inkişaf edib. Mən fəxr edirəm ki, Azərbaycan-Rusiya əlaqələri yüksələn xətt üzrə inkişaf edir!”