Bu günə xəbərlərin oxunma sayı: 1212
— 24.12.2016 10:08

İnsan bədəninin hərarəti...

KepezTV Player

Çoxumuza məlumdur ki, insan bədəninin ən optimal temperaturu  36,60C-dir. Yəqin ki, siz bunun heç də belə olmadığını bildikdə çox təccüblənəcəksiniz. Məsələ bundadır ki, hərarətin bu normadan  1 dərəcəyə qədər kənara çıxması adi hal sayılır. Tədqiqatlara əsasən, məlum olub ki, insanların əksəriyyətinin orta normal hərarəti 36,60C yox - 37,00C -dır.

Normal bədən temperaturu

 Normal bədən hərarəti ayrı-ayrı insanlarda fizioloji vəziyyətindən, günün saatından, fiziki gərginlikdən, orqanizmin hormonal vəziyyətindən və bəzi ətraf mühit amillərindən asılı olaraq fərqlənə bilər. Sağlam insanların bədən hərarəti gün ərzində təxminən 0,50C dəyişir. Ən aşağı hərarət göstəricisi səhər 4.00-6.00 radələri arasında, ən yüksək isə 16.00 - 20.00 radələri arasında qeyd edilir. Beləliklə, axşam hərarətin yüksəlməsi barədə şikayətlər çox vaxt əsassızdır, bu sadəcə bədənin fizioloji xüsusiyyətləri ilə əlaqəlidir.

Stress hərarəti dəyişir

İnsan bədəninin hərarəti yeməkdən, siqaret çəkməkdən, stresdən sonra qalxa bilər. Bu səbəbdən heç zaman qida qəbulundan və stresdən dərhal sonra hərarəti ölçməyin - nəticə səhv olacaq.

Uşaqlarda bədən temperaturu

Uşaqlarda 37,50C qədər olan hərarət heç bir digər xəstəlik əlamətləri olmadıqda normal sayılır. Həddən artıq isti geyindirilən uşaqda hərarət çox yüksək rəqəmlərə qalxa, hətta 400C -də ola bilər. Qocalarda hərarətin yüksəlməsi cavanlarla müqayisədə daha az hallarda təsadüf edilir. Yaşlı insanda saat 6.00-da ölçülən hərarət 37,50C -dirsə, bu hər hansı bir xəstəliyin və ya patoloji halın əlaməti  sayıla bilər. Və ya, əksinə, cavan insanda saat 18:00-da ölçülən hərarət 37,50C -dirsə, bu normal hesab edilməlidir.

Suyun dərəcəsi

Həm insanın özündən, həm də yad təsirlərdən bədən temperatumuz dəyişə bilər. Duş qəbul edərkən suyun dərəcəsinə nəzarət etməyimiz məsləhətdir.  Araşdırmalara əsasən 38 dərəcəli suda duş qəbul etmək bədənimizin təmizliyi, damarlardakı qanın düzgün paylanması üçün ən uyğunudur. Bir başqa məsləhətə əsasən duş aldıqdan sonra 1 dəqiqəlik suyun dərəcəsini azaldıb, artırmaq da bədənimizə müsbət təsir göstərəcək.

Otaq temperaturu

İnsan bədəninin temperaturuna təsir edən başqa amillərdən biri də otaq temperaturudur. Mütəxəssislər hesab edirlər ki, otağın optimal temperaturu 20-250C olmalıdır. Rahat yatmaq istəyiriksə, yatmazdan öncə otaqda temperatur 1-2 dərəcə azaldılmalıdır.  İlin fəslindən asılı olaraq da otaqdakı hərarət norması dəyişir. Mütəxəssilər qış aylarında mənzildə temperaturun 20-22 dərəcə, yayda isə 24-25 dərəcə olmasını ən optimal variant hesab edirlər.

 

Abdus Salam

1979-cu ildə Fizika üzrə nobel Mükafatını Pakistan əsilli  alim Abdus Salam Şeldon Li Qleşou və Stiven Vaynberqlə birgə fəaliyyəti nəticəsində əldə edib. Bu alimə mükafat “elementar hissəciklər arasında vahid zəif və elektromaqnit qarşılıqlı təsiri teoriyası, eyni zamanda zəif neytral carilərin proqnozlaşdırılmasına verdiyi töhfəyə” görə verilib.

Vəfa Şairova