• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2026
— 29.10.2014 13:59

Magistral yollarda heyvan tələfatı ilə nəticələnən qəzaların sayının artmasında kimlər günahkardır?

Son günlər bəzi magistral yollarda heyvan tələfatı ilə nəticələnən qəzaların sayı artıb. Əsasən gecə saatlarında baş verən hadisələrdə sürücülər və heyvan sahibləri bir-birini günahlandırır.

Son bir ayda Bakı-Qazax magistralının əhatə etdiyi Ağstafa, Qazax rayonlarının ərazisində baş verən qəzalarda 60-dan çox xırdabuynuzlu heyvan tələf olub. Hadisələr gecə saatlarında olduğundan sürücülər bu məsələdə heyvan sahiblərini günahlandırırlar. Onlarən fikrincə kənd sakinləri mal-qarasını müəyyən keçidlərdən keçirməli, gecə fənərləri vasitəsilə sürücülərə işarə verməlidirlər.

Hadisələr daha çox Ağstafa rayonunun Qırılı kəndinin ərazisində baş verir.

Kənd ərazisində radar quraşdırılsa da, kənd sakinləri sürücülərin buna məhəl qoymadığını bildirirlər.

Daha çox qəza isə iritonnajlı yük maşınlarının iştirakı ilə baş verir. Bu cür xoşagəlməz hadisələrin yaşanmaması üçün həm sürücülər, həm də mal-qara sahibləri yol-hərəkət qaydalarına düzgün riayət etməlidirlər.

Rahim İbrahimoğlu