• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2135
— 29.10.2014 13:29

Tovuzda bir ailənin 7 üzvü zəhərlənib

Tovuzda zəhərlənmə hadisəsi baş verib. Rayonun Yuxarı Öysüzlü kənd sakinləri  Xəqani Yusifov, həyat yoldaşı və 5 uşağı pomidor turşusundan zəhərlənərək xəstəxanaya yerləşdirilib. Tovuz Mərkəzi rayon Xəstəxanasından verilən məlumata görə, ailənin 14 yaşlı qız övladı Aygün Yusifovanın vəziyyəti ağırdır. Digər zərərçəkənlərin vəziyyəti isə hazırda normaldır.