• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2026
— 29.10.2014 13:09

Samux rayonunda sel sularının fəsad yaratmaması istiqamətində gücləndirilmiş iş rejimi tətbiq edilib

Əsas məqsəd sel və daşqın sularının rayon təsərrüfatına ziyan vurmasının qarşısını almaqdır.

Hazırda Samux Suvarma Sistemləri İdarəsinin canlı qüvvəsi və texnikaları çay sularının daşma təhlükəsinin ola biləcəyi ərazilərdə bəndbərkitmə işlərinə cəlb olunub. Rayonun müxtəlif ərazilərində çay və sel sularının axıdılması istiqamətində betonlanma işləri həyata keçirilir. Bundan başqa bəzi yerlərdə çayın məcrası dəyişdirilir.

Gülağa Bağırov- Samux Suvarma Sistemləri İdarəsinin rəisi: “Bu gün Samux rayonunda sel sularının törədə biləcəyi fəsadların qarşısını almaq üçün çalışırıq. Tam məsuliyyətlə deyirəm ki, baş verə biləcək sel və ya daşqınlar Samux rayonunda fəsadlar yarada bilməz”.

Təhlükəsizlik tədbirləri Kürqırağı ərazilərdə də həyata keçirilir. Qrunt sularının aktivləşməsinin qarşısını almaq üçün drenaj kanalları qazılır.

İlham Məmmədli