Bu günə xəbərlərin oxunma sayı: 1202
— 22.12.2016 15:56

Qərb bölgəsində 2-ci aqropark kompleksi yaradılacaq

KepezTV Player

SKMF-nin də kreditindən istifadə edərək inşa olunacaq parkda bölgə üçün xarakterik olan sahələr bir yerdə cəmləşdiriləcək. Ümumilikdə sahibkarlıq subyektlərinin kiçikhəcmli investisiya layihələrinin 100%-dək hissəsi Fondun kreditləri hesabına maliyyələşdirilir.

Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin müəyyən hissəsi qərb bölgəsinin aqrar sektorunda çalışan sahibkarlara verilib. İndiyədək fondun vəsaitləri hesabına ümumlikdə Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən 6000-dən çox iş adamının investisiya layihəsinin maliyyələşdirilməsinə 228 milyon manat güzəştli kredit verilib.

Vüsal Səfərov- sahibkar: “SKMF-yə 4 dəfə müraciət etmişik. Bizə pul ayırıblar. Öz işimizi çox uğurla yerinə yetirmişik. Bu sahədə çox inkişaf etmişik. Özümün 10-15 cins heyvanım var idi. 4 il ərzində 90 başa kimi cins heyvana çatdırmışıq. Heyvanlarımız ətlik-südlük istiqamətdədir. Hazırda təsərrüfatımız genişlənir. Gəlirlərimizi artırmışıq. Təsərrüfatımızı yenidən inkişaf etdirmək istəyirik”.

Vüsal kimi digər sahibkarlar da prioritet elan olunan sahələrin yaradılması və inkişafı üçün dövlətin ayırdığı vəsaitləri müvəkkil kredit təşkilatları vasitəsilə maksimum 10 illik müddətə 6%-lə əldə edirlər. Gəncədə baş tutan işgüzar forum çərçivəsində regionda fəaliyyət göstərən 43 sahibkar təsərrüfatını genişləndirmək və 250-yə yaxın yeni iş yerinin açılması məqsədilə 7.3 milyon manat güzəştli kredit alıb. Alınan vəsait əsasən aqropark kompleksinin yaradılması, heyvandarlıq, un məmulatları, mərmər, şüşə, plastik qapı-pəncərə istehsalı, tərəvəzçilik, turizm sahələrinin inkişafına yönəldiləcək.

Arif Vəliməmmədov- SKMF-nin icraçı direktorunun müavini: “Əkinçilik təsərrüfatının yaradılması, emal, istehsal olunan məhsulun yerli istehsalçılara çatdırılması formatında aqroparkın yaradılması nəzərdə tutulur. Parkın investisiya tələbatı 30 mln manatdır. SKMF tərəfindən bu layihəyə 6 mln manat məbləğində güzəştli kredit verilməsi təmin olunub. Birinci növbədə Respublikanın ərzaq təhlükəsizliyinin gücləndirilməsi artacaq layihə tam icra olunduqdan sonra 150-dək daimi iş yerinin yaradılması nəzərdə tutulur”.

Sahibkarlarla müvəkkil kredit təşkilatları arasında işgüzar münasibətlərin yaradılması istiqamətində müzakirələrin aparılması və bu yöndə əldə olunan razılıq prioritet elan olunan sahələrin yaxın gələcəkdə inkişafına dəstək kimi qiymətləndirilib.
Jalə Qurbanlı