• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2025
— 29.10.2014 13:01

Veteranlar şuralarının sədrləri Tovuzda hərbi hissədə olublar

Bakı şəhəri və bir neçə rayonların veteranlar şuralarının sədrləri tez-tez atəşkəsin pozulduğu cəbhənin Tovuz istiqamətində olublar.

N saylı hərbi hissədə əsgərlərin xidmət şəraitləri ilə tanışlıq olub. Görüş zamanı əsgərlər qarşısında çıxış edən qonaqlar dövlətimizin orduya göstərdiyi xüsusi diqqət və qayğıdan danışıblar.

Daha sonra veteranlar ön cəbhəni müşahidə ediblər. Döyüş postundakı əsgər və zabitlərlə də görüşən veteranlar onlarla da öz məsləhətlərini veriblər.

Görüşün sonunda əsgərlərə hədiyyələr paylanılıb.