• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1584
— 29.10.2014 12:32

Tovuzda əkini gecikən sarımsağın qiyməti ucuzlaşıb

Tovuzda sarımsaq əkininə başlanılıb. Sağlamlığa faydası ilə seçilən bu bitki rayonun əsasən Mülkülü və Aşağı Quşçu kəndində becərilir. Fermerlərin sözlərinə görə, bu il sarımsağın qiyməti əvvəlki illərlə müqayisədə 3-4 dəfə aşağı düşüb.

Adətən sentyabrın sonunda əkilən sarımsağın əkini bu il bir az gecikib. Həm yığımını, həm də əkinini texnika ilə etmək mümkün olmadığından sakinlər əl əməyindən istifadə edir. Əkildikdən sonra bitkiyə lazımi aqrotexniki qulluq göstərilərsə hektara 12-13 ton məhsul əldə etmək mümkün olur.  Əvvəlki illərdə 1 kq-ı 3-4 manata satılan sarımsaq bu il alıcılara 80-90 qəpiyə təklif edilib. Qiymətlərin aşağı düşməsi əkin sahələrinin də azalmasına səbəb olub.

Tovuzda torpaq mülkiyyətçiləri tərəfindən indiyədək 1575 hektar sahədə yazlıq bitkilər əkilib. Sarımsaq əkilən sahələr isə 100 hektardan çoxdur. Rayonda iki növü becərilən sarımsağın yığımı mayın sonu, iyunun əvvələrində həyata keçiriləcək.

Rahim İbrahimoğlu