Bu günə xəbərlərin oxunma sayı: 1340
— 21.12.2016 15:21

Göygöldə zərərvericilərin qarşısını almaq məqsədi ilə dərman preparatları gətiriləcək

KepezTV Player

Zərərvericilərin 90%-ni siçanabənzər gəmiricilər təşkil edən ölkədə, bu il 142 min ha ərazidə mübarizə tədbirləri aparlıb. Buna baxmayaraq, zərərvericilərin sayı hələ də iqtisadi ziyanvurma həddindən yüksəkdir. Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyevin sözlərinə görə, bu tip gəmiricilərlə kimyəvi mübarizədə texnikadan istifadə mümkün olmadığından istənilən nəticəni əldə etmək də çətindir. "Sink fosfid" adlı kimyəvi dərman dövlət tərəfindən verilsə də, aldadıcı yemin hazırlanaraq yuvalara qoyulması fermerin üzərində olan məsələdir. Torpaq mülkiyyətçilərinin bu işdə qeyri-fəallığı isə aparılan mübarizəni səmərəsiz edir. Neqativ hallar xüsusən kiçik pay torpaqlarında müşahidə olunur. Odur ki, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 2017-ci ilin fevralından yeni, hazırlanması daha sadə olan "brodi fakum" preparatlarının gətirilməsi nəzərdə tutulur. Camal Quliyev, yeni dərman yemlərinin dövlət hesabına hazırlanmasının gündəmdə olduğuna diqqət çəkib.  

Camal Quliyev - Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi: “Proqnoz məlumatlar onu deməyə əsas verir ki, ötən il və bu il siçanabənzər gəmiricilərin say miqdarının artmasına baxmayaraq, yaz aylarına qədər təbii şəraitdə siçanabənzər gəmiricilərin say miqdarında azalma gözlənilir. Burada əsas təsiredici amillərdən biri havaların kəskin soyuması, temperatur fərqinin yaranması olacaq. Yaxın vaxtlarda bu müşahidə ediləcək”.

Xəyalə Mürsəl