• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1815
— 29.10.2014 10:44

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 10-cu turun oyunları start götürəcək

Turun bütün görüşləri eyni gündə baş tutacaq. "Araz Naxçıvan" öz meydanında "Qəbələ"ni qəbul edəcək. Paytaxt derbisində "Bakı" və "Neftçi" komandaları üz-üzə gələcək. Ötən turda "Qarabağ"a 2:3 hesabı ilə uduzan "Xəzər Lənkəran" səfərdə "Sumqayıt"ın qonağı olacaq. AZAL isə evdə "Simurq"la qarşılaşacaq. Turun mərkəzi qarşılaşması "İnter Arena"da keçiriləcək. Burada "İnter" Premyer Liqanın lideri "Qarabağ"ı qəbul edəcək.